player cover
–

Eshq Adina – Anel Onur

lyric Eshq Adina

Eshq Adina

[Bənd 1]
Sürünənlərdən olmayacam
Nə qədər dərd çəksəm, solmayacam
Yesir etsən məni hər gün
Əsir etsən məni bir gün
Qəlbinin zindanında qalmayacam

Elə yandım bu eşqin oduna
Düşəcəyəmmi bir gün yadına?
Yarı yolda necə qoydun
Necə atdın, necə qıydın
Sənə eşqlə bağlanan bir qadına?!

[Nəqərat]
Daha çıxma yoluma
Çıxdın artıq sonuma
Göylər də şahid oldu fəryadıma
Əl çəkmədin inadına
Düşdüm bir sevgi oduna
Yaşadıqlarım dərs olsun eşq adına

Daha çıxma yoluma
Çıxdın artıq sonuma
Göylər də şahid oldu fəryadıma
Yarı yolda necə qoydun
Necə atdın, necə qıydın
Sənə eşqlə bağlanan bir qadına?!
(Bir qadına)

[Bənd 2]
Gülə bilməz bu könül daha bir də
Qala bilmərəm artıq bu şəhərdə
Dəfn olub eşq həmən yerdə
Ürək qalıb dərdi-sərdə
Deyirlər, bir xeyir var hər bir şərdə

[Nəqərat]
Daha çıxma yoluma
Çıxdın artıq sonuma
Göylər də şahid oldu fəryadıma
Əl çəkmədin inadına
Düşdüm bir sevgi oduna
Yaşadıqlarım dərs olsun eşq adına

Daha çıxma yoluma
Çıxdın artıq sonuma
Göylər də şahid oldu fəryadıma
Yarı yolda necə qoydun
Necə atdın, necə qıydın
Sənə eşqlə bağlanan bir qadına?!

About Eshq Adina

Musiqi və söz: Anel Onur
Aranjiman və səs uzlaşması: Rabil Səfərli
Video çəkiliş və montaj: Zeyn Zülfüqar
Stylist: Jalə Abbasova

Other Songs