lyric Eshq Namesi
Bu gün yarı görüb mən üzr istədim,
Dedim eşq naməsin bir geri qaytar.
Dedi: Sən qulumsan, mən sənə ağa,
Bu sözü deməyə nə cürətin var?
Mən sənin qulunam, canım qurbandır,
Qoy öpüm ləbindən mənə dərmandır.
Dedi: Dəli Məcnun sənə bəyandır,
Çöllərə düşməyə nə taqətin var?
Göz yaşımla günəş üzün çağlaram,
Səndən ötrü canımdan pay saxlaram.
Canım-gözüm sözlə səni bağlaram,
Mənimlə höcətə nə halətin var?