lyric Etiraf
Bu gecə mən sevgilim etirafa hazıram
Sənə olan sevgimi məktubumda yazıram
Yazıram ki, sən mənim hisslərimi biləsən
Mənim bu saf eşqimi duyub sən də sevəsən
Mən səni çox sevirəm, xəbərin yox sevgimdən
Əsən küləklər ilə gözlərini öpürəm
Bu məktubu oxusan gözün yaşla dolacaq
Mən də səni sevirəm o da mənə yazacaq
Yazıram ki, sən mənim hisslərimi biləsən
Mənim bu saf eşqimi duyub sən də sevəsən