player cover

Ey Yar – Ruzigar Qedirov , Nur Ceferli

Ey Yar cover

lyric Ey Yar

[Bənd 1]
Səhərin aydın üzündə
Gözüm qaldı gözündə
Niyə mənə yar olmadın
İş çıxartdın özündən?

Səhərin aydın üzündə
Gözüm qaldı gözündə
Niyə mənə yar olmadın
İş çıxartdın özündən?

[Keçid]
Axı səni sevirdim mən
Lap ürəkdən, lap ürəkdən
Sənə görə əriyir bu qəlb
Bir bilsən, bir bilsən

Elə belə bu can sənə qurban
Sənə mən heyran, sənə mən heyran
Elə belə qaçma, uzaq durma
A nazlı ceyran, a nazlı ceyran

[Nəqərat]
Gərək, üzünü görüm yenə
Ay tutulmadan
Dözür bədən, can ağrıyır
Sevgi olmadan
Niyə tez gəldi kədər?
Gec olmadan sən də tələs, yar
Ey yar

Gərək, üzünü görüm yenə
Ay tutulmadan
Dözür bədən, can ağrıyır
Sevgi olmadan
Niyə tez gəldi kədər?
Gec olmadan sən də tələs, yar
Ey yar

[Bənd 2]
Gecələr aylı, hüznlü
Tək qalmağa dözülmür
Kaş pəncərədən baxaydın
Nur üzümə süzülmür

Gecələr aylı, hüznlü
Həsrət səni üzürmü?
Pəncərədə durursan
Sevmək belə zülmdür

[Keçid]
Elə belə bu can sənə qurban
Sənə mən heyran, sənə mən heyran
Elə belə qaçma, uzaq durma
A nazlı ceyran, a nazlı ceyran

[Nəqərat]
Gərək, üzünü görüm yenə
Ay tutulmadan
Dözür bədən, can ağrıyır
Sevgi olmadan
Niyə tez gəldi kədər?
Gec olmadan sən də tələs, yar
Ey yar

Gərək, üzünü görüm yenə
Ay tutulmadan
Dözür bədən, can ağrıyır
Sevgi olmadan
Niyə tez gəldi kədər?
Gec olmadan sən də tələs, yar
Ey yar

About Ey Yar

Musiqi:                      XalisXan

Söz:                            Arzu Cəfərova

Aranjiman:                XalisXan

Miks və masterinq: Cavid Şirinov

Piano:                        XalisXan

Gitara:                       Mehdi Məmmədov

Bas gitara:                Elcan

Vokal prodüser:       Çingiz Əliyev

Other Songs