player cover

Eziz dostum – Zulfiyye Xanbabayeva

Eziz dostum cover

lyric Eziz dostum

Əziz dostum məndən küsüb, incidi,
Yad kimi ayrılıb çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
 
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
 
Çaldığım o sazı gətirin mənə,
Görün ki, o sazda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
 
Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm…


About Eziz dostum

Musiqi: Qulu Əsgərov

Söz: Rəsul Həmzətov

Aranjiman, Mixing & Mastering: Samir Sultanov

Balaban: Fəqan Ələsgərov

Səs rejissoru: İsmayıl Əsədov

Menecer, Visualizer: Veysəl Əsgərzadə

Prodüser: Nigar Hacızadə

Other Songs