lyric Fincan
Fincan
Gözlərim gəzir səni eyvanda qalır,
İnanmiram ki, həmin ünvanda qalır.
Sən gedəni heç nəyə yoxdur həvəsim,
Çay süzürəm hər dəfə fincanda qalır
Gəl nə qədər ölməmişəm gəl apar,
Axı sənsiz soyuqdur buralar.
Ölərəm sonra axı gec olar.
Ağrılarım sağalmır ki, canda qalır,
Xatirələr hər biri bir yanda qalır.
Yanındakıyla yaşayırsan həyatı,
Amma ki, ağlın həmin insanda qalır.