lyric Gel
Gel
Yaşadıqlarımız bir nağılmış.
"Sevgi ağırdır", – deyirdilər,
Doğrudan ağırmış.
Səni sevən, düşün, zahirən susan,
Amma daxilən bağırmış,
Büsbütün dağılmış.
Gecənin bir aləmi gözdən yanaqlarıma
Yağışlar yağırmış,
Şəklinə axırmış...
Gəl axı, gözlərim yol çəkir,
Səni o yolda gözləyən,
Səni özləyən biri var.
Gəl, cavab ver çağrıma,
Gəl, şəfa ol ağrıma,
Gəl, səni sıxım bağrıma,
Gəl, gəl, gözlərim yol çəkir,
Səni o yolda gözləyən,
Səni özləyən biri var.
Gəl, cavab ver çağrıma,
Gəl, şəfa ol ağrıma,
Gəl, səni sıxım bağrıma,
Gəl...