player cover

Gel apar – Elvin Babazade

Gel apar  cover

lyric Gel apar

[Giriş] Onun nəyi var? 

Bəlkə yaralı ürəyi var? 

Onun nəyi var? 

Bu gedişin axı dönməyi var! 

[Nəqərat] 

Onun nəyi var? 

Bəlkə yaralı ürəyi var? 

Onun nəyi var? 

Bu gedişin axı dönməyi var! 

Onun nəyi var? 

Say barmaqlarını, de, nəyi var? 

Onun nəyi var? 

Səni çəkə bilən özünə, de, nəyi var? 

[Bənd 1] 

Qeyb oldum, xəyallarla itdim 

Oldum tanınmaz 

Mən onsuz əvvəldən də bilirdim 

Hisslərim yanılmaz 

Bu sevgi qaranlıqdan da qara daha 

Ağ rəngi olmaz 

Bu qədər olanlardan sonra düşünürəm 

Bizdə alınmaz 

Amma axtarmağına məni qarşı deyiləm 

Narahat ol məndən, yaxşı deyiləm 

Dəyişsən də özün, baxışın eynən qalsın 

Mənim ümidimi üzmə 

Qeyb olan qəlbdən itən bədənlər 

Bir şəhər dolusu sevib gedərlər 

Getmək üçün yalan, neçə nədənlər var? 

Sən də de səbəbini 

[Nəqərat] 

Nəyi var? 

Bəlkə yaralı ürəyi var? 

Onun nəyi var? 

Bu gedişin axı dönməyi var! 

Onun nəyi var? 

Say barmaqlarını, de, nəyi var? 

Onun nəyi var? 

Səni çəkə bilən özünə, de, nəyi var? 

Nəyi var? 

Nəyi var? 

[Bənd 2] 

Olmaz, məni yanına qədər yorma 

Axı bizə bağlıdır yollar! 

Yenə mən uduzan axı sonda 

Yenə mən uduzuram, olmaz! 

Gəl ürəyim unut onu, nə olar! 

O daha xoşbəxtdir onla 

Axtarma, özünü yorma 

Ondan nə xəbər, nə bir səs, nə duman var 

Nə bir yol, nə ümid, nə zaman var 

Nə dəniz, nə gəmi, nə liman var 

Nə səbəb, nə yalan, nə inam var 

Nə xəbər, nə bir səs, nə duman var 

Nə bir yol, nə ümid, nə zaman var 

Nə dəniz, nə gəmi, nə liman var 

Mənə de bilim, onun məndə olmayan... 

[Nəqərat] ...

Nəyi var? 

Bəlkə yaralı ürəyi var? 

Onun nəyi var? 

Bu gedişin axı dönməyi var! 

Onun nəyi var? 

Bizi iki yerə bölən axı nəyi var? 

Onun nəyi var? 

Onun nəyi var? 

Mənə de bilim, onun məndə olmayan 

Nəyi var?

About Gel apar

Musiqi: Sarkhan

Söz: Miro

Aranjiman: Sarkhanbeats

Səs uzlaşması: Dahin Malik

Klip: SB films

Other Songs