player cover

Getdi – Zehra Muradova , Ifrat Dunyamaliyev

Getdi cover

lyric Getdi

Mənimlə yaşlansın yaşa dolsun istədim
Səhvlərindən hər dəfə dərs alsın istədim.
Mənim doğrularım ona gəlsədə yanlış
Geyimi deyil, alnı açıq olsun istədim.

O qədər xoşbəxt olurdum onun yanında
Uşaq kimi gözlərim gülürdü anında
Vaxt o qədər tez keçirdi lap elə bil ki
Bizimlə düşmənliyi var idi zamanın da.

Neyləsəm də olmadı
Çıxdı getdi qalmadı
Ah bir ömür tükəndi getdi.

Məni heç inandırmadı
Getməyi yandırmadı
Dərd odur ki, bəzəndi getdi.

O zalıma gözlərimin didəsi deyərdim
Məndən ən sonuncu odur gedəsi deyərdim
Kaş ki indi görməyə bir şansım olardı
Yoxdur ruhumun yaşamaq həvəsi deyərdim.

Sevmədiyini bildiyim halda qoruyurdum,
Həqiqətin deyil, onun yanında durdum.
O hər sıxıntısını mənim üstümə yıxdı,
Mən isə xəyallarımı onun üstünə qurdum.


About Getdi

Söz, Musiqi: İfrat

Aranjiman: İsmayıl Əlizadə

Layihə rəhbəri: Balkan

Rejissor: Xəyal Hüseyn

Səs Rejissoru: Fərşid Milani

Fashion & Style consultant: Mika Huseynoff

Hair master & Makeup: Elman Hajiyev

Other Songs