player cover

Gozel – Aslixan

Gozel cover

lyric Gozel

Bir dur! Var hər şeyim yox bir pul,
Arzum, məqsədim, səninlə dünya bir tur.
Bax bir bu, hə bir də gəl bacararıq birgə,
Yaşayaq, harada de "Miami" ya "Bilgəh"?
Təki səninlə yetər, mənə sənsizlik betər,
Heç nə fobiam deyil səssizlik qədər.
Sənə gülmək yaraşır, gülmə göydən, sarışın,
Gündəm sənə özəl, yox səndən gözəl.

Sən ən özəlsən, sən ən özəl,
Yox səndən gözəl, kim səndən gözəl?
Sən ən özəlsən, sən ən özəl
Yox səndən gözəl, kim səndən gözəl?

Qalmayıb başımda ağıl, otuzda almışam ahı,
Çıxarıb sevginin ağın, yalandan danışma nağıl.
Düşünmə susduğum kimiyəm, şeytanın qusduğu kiniyəm.
Yanıma olduğun kimi gəl, yanında olduğum kimiyəm.
Etmisən oyuncağın indi deyil sənin oyun çağın,
Görmüşəm ruhunu lüt məni çəkməyib soyunmağın.
Gülüşün bəs edir mənə, bilirəm bəsitdi sənə,
Denən də nə sirdi belə bu gözündə gözlərim əsirdi hələ.

Sən ən özəlsən, sən ən özəl
Yox səndən gözəl, kim səndən gözəl?
Sən ən özəlsən, sən ən özəl
Yox səndən gözəl, kim səndən gözəl?

About Gozel

Lyrics/Music: Aslixan

Music Producer: Ali Mustafa ( Musta )

Directed by Nicat Alishov

Art Director: İlkin Broman

Dress: lemur.wear

 

Other Songs