player cover

Hani – Lil Orxan

Hani  cover

lyric Hani

Birini sevərsən inanarsan,
Bir gün gələr o da unudar,
Hər gecə keçmişə qayıdarsan,
Qəlbinin ağrısı üzünə vurar

Hanı qədrini bildiklərim?
Hanı göz yaşını sildiklərim hanı?
Hanı illərdi güvəndiklərim?
Hanı ürəkdən sevdiklərim Hanı?
Ürəyim yaralı axır qanı
Dəyər verdiyim insanlar hanı?
Kədərdi şəhərin dörd bir yanı
Ürək döyünmür daha yoxdur halı
Mən sevdim onlar sevmədi
Varlığım heç buzları əritmədi
Öldürdülər Allah yaradan canı

Birini sevərsən inanarsan
Bir gün gələr o da unudar
Hər gecə keçmişə qayıdarsan
Qəlbinin ağrısı üzünə vurar

Mən özum bildim hər kəsi,
Mən oyuncağı idim hər kəsin,
Saf qəlbimi qırdılar atdılar,
Indi mənim bax verildi dərsim
Məni heç bir zaman anlamadılar,
Mən haqqı dedim duymadılar,
Mən gecələri yatmadım ağladım,
Onlar öz kefində oldular
Mən ürəkdə arzumu saxladım
Onlar oğurlayıb apardılar
Mən ümidimi kənara atmadım
Onlar şeytana tez uydular
Mən ürəyimi replərə boşaltdım
Bəlkə də peşman oldular
Bitsin hər gün özümə verdiyim bu cavabsız suallar...

About Hani

Söz: Lil Orxan

Musiqi: Samir Cabbarov

Aranjiman: Samir Cabbarov

Mix/Mastering: SamiRec

Cover/Design: SamiRec

Other Songs