player cover

Haray – Payam Turk , Mahni , Seccad Colani

Haray cover

lyric Haray

İçimdə bir ölü ölmüş, bağır deyirlər ona
Ağız dili verm olmuş, çağır deyirlər ona

Gözümdə qat-qarişıq bir buluddur eşq ancaq
Qan ağlayanda quluyca, yağır deyirlər ona

Quduz yabançıların çəkmə izləri ilə dolu
Sinəmdə cadde salıblar, cığır deyirlər ona

Haçandı bir acı sancı çəkir anam torpaq
Bu dərd onu boğur ancaq doğur deyirlər ona

Haray haray haray bağır deyirlər ona
Haray haray haray çağır deyirlər ona

Bu dərd onu boğur ancaq doğur deyirlər ona
Bu dərd onu boğur ancaq doğur deyirlər ona

Bu yurd ata-analı, köklü-soylu bir yurddur
Yetim deyirlər ona, ah, sağır deyirlər ona

Mənim bahar çiçəyindən də incədir sözüm
Tapança güllələrindən ağır deyirlər ona

Qamış qələm ilə qızıl bir dərd yazıramsa əgər
Bu qəm mitinqidir, ah, çal-çağır deyirlər ona

Haçandı bir acı sancı çəkir anam torpaq
Bu dərd onu boğur ancaq doğur deyirlər ona

Haray haray haray bağır deyirlər ona
Haray haray haray çağır deyirlər ona

Bu dərd onu boğur ancaq doğur deyirlər ona

About Haray

Producer / Yapımcı: Payam Turk

Composer / Besteci: Seccad Colan

Percussion / Perküsyon: Hooman Heydari

Mixing & Mastering: Farjad Taghavi

Lyrics / Söz: Kiyan Xiavi

Cover Art / Kapak Tasarımı: Savcizen

Other Songs