player cover

Hech Ne – Qaraqan

Hech Ne cover

lyric Hech Ne

Heç nə, toyuna getdiklərimin yarısı boşanıb,
Heç nə, bir neçə nəfər də iynəyə qurşanıb, heç nə
İtirib ağlını iki il, dünya çevrildi maskarada,
Bir həftədən artıq taxmadım əskini üzümə heç mən

Heç nə, qalan hər şey olduğu kimi:
Kimi yatmış kimi, çıxmış kimi, ölmüş kimi diri
Soyuluruq Nəsimi kimi diri 
Ürəyimizdəki qəlpələr, bıçaq yaraları və taranlar
Kədərlənirdik dörd dost qalanda
İndi sevinirik olanda biri

Heç nə, dünən məhəllədə Kubinkada,
Bu gün mənim məhəlləmdə kubinkalar
Miami, Brooklyn, NY, LA olub bizə —
Yasamal, Gənclik, Keşlə bazarı
Alarıq bütün cash-lə bazarı
Amma ala bilməz, silə bilməz yaralı ürəyimizdən
heç nə azarı

Heç nə qalmadı o təmiz gözlərdən
Oldumu ruhuna sözlər dən?
Topladım həqiqəti közlərdən
"Keçmə" dedi məninə, saymarıq "bizlərdən"
Azmamaq üçün yola çörək atdıq
Kar kəslər onları yedi artıq

Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən?
Qovrulan ağrı, hüzün, yara, qəm
Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman
Mən İnsan
Mən İnsan

Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən?
Qovrulan ağrı, hüzün, yara, qəm
Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman
Mən İnsan
Mən İnsan

Heç kəs anlamadı məni, olmadı bu mənə dərs
Elə bağırıram bildiyim həqiqəti
Mənə ver səs!
Tez kəs kəndiri, tulla divlərə məni içimdə
İfritlərə, cinlərə 
Haqdan qorxanı qorxuda bilməz

Heç nə: yaşıl yamacı zirvəyə dəyişəcəksən
Heç nə: ora buz və tənhalıq, üzləşəcəksən
Gec-tez azıb kor yapalaqlar padşahlığında
Çevriləcək özünə
Gözünün içinə baxacaqsan, deyəcəksən

Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən?
Qovrulan ağrı, hüzün, yara, qəm
Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman
Mən İnsan
Mən İnsan

Kiməm mən? Gələcəkdəki arzum, ya dünəndən?
Qovrulan ağrı, hüzün, yara, qəm
Adım köz, içim buz — həm Hörmüz, həm Əhriman
Mən İnsan
Mən İnsan

About Hech Ne

Other Songs