player cover

Hedsiz – Aqshin Fateh

Hedsiz  cover

lyric Hedsiz

Necə olur ki eyni yataqda 
Amma uçurumlar var arada
Nəfəsinə möhtacdır, sən isə
Toxunarsan arada sırada

Müvəqqəti hisslər üçün 
Yalan həvəslər üçün 
Onu sındırmaq olarmı 

Sevən ürəyin ahı var
Bu günün sabahı var 
Hər şeyi yandırmaq olarmı

Sən birini hədsiz sevdinmi 
Yəniki sərhədsiz sevdinmi 
Ölümünə məqsədsiz sevdinmi 
Sevmədinsə onda burax getsin
Saxlama qəlbində qonaq getsin

Birini qarşılıqsız sevdinmi
Ümidsiz işıqsız sevdinmi
Baxışıb danışıqsız sevdinmi
Sevdinsə qoyma uzaq getsin
Ağıl dur deyəndə ayaq getsin

Sevmədiyini alma yanına
Qoyma zəhər yetsin qanına
Həm sən onu yazıq edərsən
Həmdə qıyarsan öz canına

About Hedsiz

Söz-musiqi: Aqşin Fateh Aranjman: Fərşid Milani. Tural MirƏliyev Mix-master: Fərşid Milani Prodyuser: Farmin Tsar Rejissor: Aqşin Fateh Operator: Xəyal Qarayev Montaj: Cavid Hacıyev

Other Songs