lyric Heyatin Dadini Chixardaq
Həyatın dadını çıxardaq ömrüm
Neqativliyi azaldaq ömrüm
Yaşayaq həyatı həyat gözəldir
Pozitivliyi çoxaldaq ömrüm
Ömür gedir geri qayıtmır
Xəyal olur ağıl unutmur
Çox işlərin qalır yarımçıq
Zaman gedir ömür də çatmır
Sevəsən bir başa həyatını
Heç eyləmə boşa həyatını
Ömür gedir geri qayıtmır
Odur ki sev yaşa həyatını
Gözəlliyi görsə gözümüz
Hər an gülər onda üzümüz
Neqativdən uzaq durarsan
Ürək açan olar sözümüz
Pis vərdişin vardısa tərgit
Tut həyatın ritmi ilə get
Gözəl düşün topla enerji
Hərəkətlən çəkinmə rəqs et