lyric İlahi
Hərə bir təriqət, məzhəb düzəldər,
Dinlər yaradarlar axı nə qədər?
Çətin ki, qəflətdən oyansın bəşər —
Qurtar bu bəladan bizi, İlahi.
Nələrə tapındıq biz neçə zaman?
Hər qapı boş ümid, hər addım ziyan.
Nə qədər rəvayət, nə qədər yalan —
Göstər bir hidayət izi, İlahi.
Tapılmır min ildir doğru bir cavab,
Səngimir bir yandan məzluma əzab.
Hərənin əlində “səmavi” kitab,
Əməli fitnədir sözü, İlahi.
Sonumuz nə olardı olmasaydı,
Təkliyin hər kəsə bəs eləyərdi.
Kaş səni düşünüb hər an hər insan,
Allah pıçıldayıb səs eləyərdi.
⸻
Rep
Qulaq eşidir, duymur gerçəyi,
Gözüm açıq, amma görmür heç nəyi.
Yol daş-kol, ayağım yorğun —
Necə əl bilsin doğrunu seçməyi?
Kimyalar dadıram, ləziz…
Havam zəhər, ciyərim qəliz.
Hər yediyim qana qarışırsa, de,
Necə qalsın qəlbim təmiz?
Cismim kir, ruhum xəstə,
Hislər ölür, doğulmur təzədən.
Barmaqlar tutmur qələmi daha —
Necə yazsın sağlam bəstə?
Ədalətin çərxidir xarab,
Bu da əqlimə çəkdirir əzab.
Nə qədər var oğruluq, yalan —
Dilim deməz doğru bir cavab.
⸻
Muğam
Bizə rəhmin gəlsin, Xuda,
Bizdən üzmü döndərmisən?
Şikayətim var, ey dünya —
Bizi hara göndərmisən?