lyric Kabus
Neçə gecələr ağlamışam aynalara gülə gülə
Özümü sənə bağlamışam gedəcəyini bilə bilə
Bu yolumu men azmışam itirmişəm lap özümü
Elə bilirəm sənə tərəf gedir mənim gedişlərim
Başımı alıb qara bulud
Necə deyərsən məni unut
Yuxular olub sənsiz kabus
Mən olmusam həsrətə məhbus
Nə gecəm var nə gündüzüm
Gəl qurban olum sənə özüm
Yoxdur daha məndə dözüm