player cover

Laylay – Gulyaz Memmedova

Laylay cover

lyric Laylay

[Bənd 1]
Laylay dedim, yatasan
Qızılgülə batasan
Gül yastığın içində
Şirin yuxu tapasan

Laylay dedim həmişə
Karvan gedər enişə
Yastığında gül bitsin
Döşəyində bənövşə

Laylay beşiyim, laylay
Evim-eşiyim, laylay
Sən get şirin yuxuya
Çəkim keşiyin, laylay

Layla, quzum, ağlama
Ürəyimi dağlama
Yat, yuxun şirin olsun
Yuxuma daş bağlama

Laylay, əməyim bala
Duzum, çörəyim bala
Gözlərəm, böyüyəsən
Görüm köməyin, bala

[Çıxış]
Laylay, a laylay-lay
Evim-eşiyim, laylay
Laylay, laylay, ay laylay
Evim-eşiyim, layla
Çəkim keşiyin, laylay


About Laylay

Musiqi:             Şəfiqə Axundova

Söz:                   El bayatıları

Studiya:            İmran

İdeya müəllifi: Əhməd Orucoğlu

Other Songs