lyric Melekler Kimi
I
Adın düşməyəcək bir an dilimdən
Axı biz doymadıq bir- birimizdən
Xoş günlərin ömrü gödək olurmu
O günlər tez ötüb,tez keçdi nədən
Nəqarət
Gələcəm yuxuna mələklər kimi
Ətir qoxuyacam çiçəklər kimi
Səni xatırlayıb düşünən anda
Öpəcəm üzündən küləklər kimi
Mələklər(2),mələklər kimi
Gələcəm yuxuna mələklər kimi
Küləklər (2), küləklər kimi
Öpəcəm üzündən küləklər kimi
II
Sadiq nələr çəkdi sən ki, bilmədin
Ağladı göz yaşın nədən silmədin
Yar-yar deyib yatammadım sübhəcən
Çox gözlədim,sən heyif ki,gəlmədin