player cover

Menden Bir De Olmayacaq – Eltun , Ruhengiz Allahverdiyeva

lyric Menden Bir De Olmayacaq

Menden Bir De Olmayacaq

[Bənd 1]
Gecə-gündüz çıraqla sən
Hələ məni gəzəcəksən
Axtarmaqdan bezəcəksən
Məndən bir də olmayacaq!

Yollara gül ələsəm də
Səhər-axşam diləsəm də
Mən bunu dərd eləsəm də
Məndən bir də olmayacaq!

[Nəqərət]
Var olacaq, yox olacaq
Məndən bir də, bir də olmayacaq!
Gözəl qızlar çox olacaq
Səndən bir də, bir də olmayacaq!

Başqa bahar, yaz gələcək
Yağış yağıb, yağıb qar gələcək
Dünya sənə dar gələcək
Məndən bir də, bir də olmayacaq

[Bənd 2]
Düz qəddini əyəcəksən
“Hayıf ondan”,-deyəcəksən
Dizlərinə döyəcəksən
Məndən bir də olmayacaq!

Yatma belə, hələ oyan
Getmə belə, hələ dayan
Səni sevən, səni duyan
Məndən bir də olmayacaq!

[Nəqərət]
Var olacaq, yox olacaq
Məndən bir də, bir də olmayacaq!
Gözəl qızlar çox olacaq
Səndən bir də, bir də olmayacaq!

Başqa bahar, yaz gələcək
Yağış yağıb, yağıb qar gələcək
Dünya sənə dar gələcək
Məndən bir də, bir də olmayacaq

Var olacaq, yox olacaq
Məndən bir də, bir də olmayacaq!
Eh, gözəl qızlar çox olacaq
Məndən bir də heç olmayacaq!

Dünya sənə dar gələcək
Məndən bir də, bir də olmayacaq
Dünya sənə dar gələcək
Məndən bir də, bir də olmayacaq

[Çıxış]
Bizdən bir də olmayacaq

About Menden Bir De Olmayacaq

Musiqi: Eldar Mansurov
Söz: Baba Vəziroğlu
Aranjiman: Zaur Ali
Miks və masterinq: Zaur Ali
Səsyazma: Toufan Records
Quruluşçu rejissor: Yusif Ələkbərzadə
Operator: Ülvi Əsgərov

Other Songs