lyric Meni Ne Sanmisan
[Bənd 1]
Daha qərar verməmişəm hələ
Aramızda olan-bitənləri mən düşünürəm
Xəyanətin soyuq cinayətdir
Düşünərkən üşüyürəm
Nə sanmısan?
Sandın, xəbərim olmazmı?
Olsa da, mənə toxunmazmı?
Məni nə sanmısan?
[Keçid]
Ürəyimdə yanğın var
Bağrımdan qopan bu
Parçalar nə, şər-bəla nə?
Hallar fövqəladə
Ürəyimdə yanğın var
Bağrımdan qopan bu
Parçalar nə, şər-bəla nə?
Hallar fövqəladə
[Nəqərat]
Qəlbimdən aldılar
Səni qram-qram
Geri dönməm, sevginin içində
Çünki əziyyət var
Düzələr bu halım daha
İnan, inanmıram
Geri dönməm, o ürəkdə
Fövqəladə vəziyyət var
[Bənd 2]
Aldatdın, bundan dahasımı var?
Cana qıydın, candan bahasımı var?
Ürəyimi bölmüşəm iki yerə mən
Yarısı məndə, yarısı uzaqda
Xəbər salın pəncərəmdən
Görülmür daha o mənzərən
Dağılıb, sökülüb sevgim daha
Fövqəladə hal - zəlzələ
[Keçid]
Ürəyimdə yanğın var
Bağrımdan qopan bu
Parçalar nə, şər-bəla nə?
Hallar fövqəladə
[Nəqərat]
Qəlbimdən aldılar
Səni qram-qram
Geri dönməm, sevginin içində
Çünki əziyyət var
Düzələr bu halım daha
İnan, inanmıram
Geri dönməm, o ürəkdə
Fövqəladə vəziyyət var