player cover

Mesafe – Azad Shabanov

Mesafe cover

lyric Mesafe

[Bənd 1]
Səni elə yaratmış ki yaradan
Bənzəməz sənə heç bir yad adam
Səni ilk günki qədər sevirəm
İllər keçsə belə, canım, aradan

[Keçid]
Günlər ibarətdir ağ-qaradan
Sən hər iki halda mənə yarayan
Üzündə təbəssümə görə, canım
Kifayətdir, bircə səni arayam

[Nəqərat]
Nə qədər olsa da arada məsafə
Bir zəng qədər uzaq arada əlaqə
Bilirəm, çağırsam, olsa da məsafə
Yanımda olarsan sən həmən dəqiqə

Nə qədər olsa da arada məsafə
Bir zəng qədər uzaq arada əlaqə
Bilirəm, çağırsam, olsa da məsafə
Yanımda olarsan sən həmən dəqiqə

(Arada məsafə)
(Arada əlaqə)
(Çağırsam, məsafə)
(Sən həmən dəqiqə)

[Bənd 2]
Məsafələr arada soyuq yaradar
Səndən uzaq olmaq qəlbimi yarar
Səni hər gün daha çox sevirəm
Gözləməkdən səni gözlər saralar

[Keçid]
Günlər ibarətdir ağ-qaradan
Sən hər iki halda mənə yarayan
Üzündə təbəssümə görə, canım
Kifayətdir, bircə səni arayam

[Nəqərat]
Nə qədər olsa da arada məsafə
Bir zəng qədər uzaq arada əlaqə
Bilirəm, çağırsam, olsa da məsafə
Yanımda olarsan sən həmən dəqiqə

Nə qədər olsa da arada məsafə
Bir zəng qədər uzaq arada əlaqə
Bilirəm, çağırsam, olsa da məsafə
Yanımda olarsan sən həmən dəqiqə

(Arada məsafə)
(Arada əlaqə)

Nə qədər olsa da arada məsafə
Bir zəng qədər uzaq arada əlaqə
Bilirəm, çağırsam, olsa da məsafə
Yanımda olarsan sən həmən dəqiqə

About Mesafe

Musiqi:                                     Fərid Ağa

Sözlər:                                     Tofiq Sədrəddinov

Aranjiman:                              Fərid Ağa

Vokal prodüser:                      İsmayıl Əsədov

Gitara:                                      Şamil Məmmədov

Miksinq və masterinq:          STKHA (Emin Karim)

Visual artist:                            Murad Muradov

Layihə rəhbəri və prodüseri: Azad Shabanov

Xətt prodüseri:                        Zemfira Bagirova

Other Songs