player cover

Necesen Bu Gun – Tomris

Necesen Bu Gun cover

lyric Necesen Bu Gun

[Bənd 1]
Günlər oldu, heç evimdən çıxmadım
Zənglər çaldı, heç birini açmadım
O sevdiyim film vardı, baxmadım
Qəmliyəm, necə qəmliyəm bu gün!

Daha sənin şəklinə də baxmadım
Sildim atdım, yalnız birin saxladım
Gözlərimi ovucumla bağladım
Ağladım, necə ağladım!

[Nəqərat]
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?

Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?

[Bənd 2]
Günəş doğdu, pərdələri bağladım
Güllər soldu, heç birini atmadım
Ən üstdəki tozlu rəfdə saxladım
Ağladım, yenə ağladım bu gün

Səssiz getdin, görüşünə çatmadım
Qəhər boğdu, həmin gecə yatmadım
Çox axtardım, heç özümü tapmadım
Yoruldum, daha yoruldum!

[Nəqərat]
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?

Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu mənə bənzəyən çıxa qarşına?

About Necesen Bu Gun

Söz və musiqi: Vüqar Babayev

Aranjiman: Elçin Elşad

Səsyazma: Mood Records

Miksinq və masterinq: RƏSSAM (Elvin Həsənov)

Video: emiljaar və truemukhtar

Prodüser: Sabir Nəsibli

Makiyaj: Səkinə Mustafayeva

Prodakşn: Adrenalin Brothers Azerbaijan

Other Songs