player cover

Nedir Bu – Ayaz Babayev

Nedir Bu cover

lyric Nedir Bu

 [Bənd 1] 

Səhər bir az yorğun hiss edib 

Qucaqladım xəyalları 

Çox ağladım, oyanmadım 

Dedim: “Bir az, ürək, düşün” 

Gedəndə sən yarım qalan 

Qucaqladım qalanları 

Çox ağladım 

Olanları dayan bir az özün düşün 

[Nəqərat] 

Nədir bu gedəndə 

Nifrətinlə eşqə verdiyin əvəz? 

Nədir bu uzaqlaşıb 

Yolunda tənha qoyduğun nəfəs? 

Nədir bu ürəkdə çırpınan 

Saf eşqə qurduğun qəfəs? 

Bilmədim Kimə, de, gedirsən indi? 

Qaç tamam, yubanmadan tələs 

Hanı, de, o məndən aldığın 

Cavanlığım, həmin həvəs? 

Nədir bu susan zaman 

Üzündə səslənən sədalı səs? Bilmədim 

[Bənd 2] 

Sevgi bir tərəflədirsə 

Dərdə bir nəfər düşür 

Qəlbim, həsrətinlə yan 

Və yatma, qal oyaq, düşün 

Bax və don soyuq baxışlarında 

Əllərim, üşü, eybi yox, oldu dərs 

Biz bu yolda 

Sevginin əzablarında ölmüşük 

Hey gedib, gəlib bu ayrılıq 

Son anda dönmüşük 

Biz nə dərd-kədər, nə ağrılar 

Sevəndə görmüşük 

Eybi yox, indi bəs 

[Nəqərat] 

Nədir bu gedəndə 

Nifrətinlə eşqə verdiyin əvəz? 

Nədir bu uzaqlaşıb 

Yolunda tənha qoyduğun nəfəs? 

Nədir bu ürəkdə çırpınan 

Saf eşqə qurduğun qəfəs? 

Bilmədim 

Kimə, de, gedirsən indi? 

Qaç tamam, yubanmadan tələs 

Hanı, de, o məndən aldığın 

Cavanlığım, həmin həvəs? 

Nədir bu susan zaman 

Üzündə səslənən sədalı səs? Bilmədim

About Nedir Bu

Musiqi və söz: Miro

Aranjiman: SarkhanBeats

Miks və masterinq: Dahin Malik

Rejissor: Fərman Bəşirli

Operator: Elgün Cəfər

İşıq: Aydın Bayramov

Dron: Zaur Süleymanzadə

Pərdə arxası: Mahir Xəlilov

Rəng: Toğrul Rzayev

Other Songs