lyric O Sensen
[Bənd 1]
Dünyamda bir məna olsa, o, sənsən,
Gözlərim eşq ilə baxsa, o, sənsən.
Sən olmasan nəyə lazım bu dünya?
Yaşamağa səbəb varsa, o, sənsən.
Yaradanın payı mənə, o, sənsən.
Eşqdən nə vaxt başım dönə, o, sənsən.
Yoxdur gözlərimdə səndən gözəli,
Varsa da özünsən, yenə o, sənsən.
Hər dərdimə dərman olan, o, sənsən,
Qanayan yaramı saran, o, sənsən.
Tanrımı göndərib səni ömrümə?
Məndən hər ağrını alan, o, sənsən.
[Nəqərat]
Yazda yağan yağış ki var, o, sənsən,
Qışda çıxan günəş ki var, o, sənsən.
Səndən gözəl nə var ki, bu dünyada?
Fəsillər gözəli baharim, o, sənsən.
Yağışdan sonrakı qoxu, o, sənsən,
Hər gecə gördüyüm yuxu, , sənsən.
Bu dünyamı sənə həsr etdiyimçün,
Dünyamda bircə sorğu, o, sənsən.