player cover

Oglum – Miri Yusif

Oglum  cover

lyric Oglum

[Bənd 1]
Oğlum, həyatda hər zaman üzün gülər
Səndən uzaq olsun üzüntülər
Sənə baxanda fərəhimdən mənim gözüm gülər
Səadətin ətri həzin-həzin gələr

[Keçid]
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq

Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...

[Nəqərat]
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan

Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də 
Gözümdə uşaqsan

[Bənd 2]
Oğlum, xəyalım sənlə uçar hər yerə
Sənsən bəzək verən bu ömürə
Yaşananların hər anı duyğulu bir xatirə
İnan mənə, yaşayıram sənə görə

[Keçid]
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq

Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...

[Nəqərat]
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan

Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də 
Gözümdə uşaqsan

About Oglum

Musiqi: Miri Yusif Söz: Fariz Zeynalov Aranjiman: Tural Əliyev Miksinq və masterinq: Oleq Naumov Saksofon: Fərid Mailov

Other Songs