lyric Omrum
Omrum
[Bənd 1]
Elə bir gözəlliyin var ki
Mənə özəldir, mənə yaxın
Mən sənə elə vurğunam ki
Yerə də, göyə də qısqanım
Ayağımı yerdən alıb
Dəlisov adam ağıllanıb
Bu, necə hünər, necə bir gücdür ki
Məni tilova necə salıb?
[Keçid]
Zərif gözəlliyindən, qəmzəli təbəssümündən
Mən qədər kobud birindən edibdir dəli-divanə
İşlərim olub viranə, dostlarım lağ eləyirlər
Sənə Leyli, mənə Məcnun, bizə bir ad düşünüblər
[Nəqərat]
Ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Hisslərimə büründün, ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Hisslərimə büründün, ömrüm
[Bənd 2]
O baxışlarında tapdım
Əbədilik, həmişəlik
Göz-gözə gəldiyimiz gün də
Dedim, yenə də görüşərik
Ağlımı başdan aldın
Başqası nəyimə lazım?!
Başqa başla, başla başdan
Gəl, mən buna hazır
[Keçid]
Zərif gözəlliyindən, qəmzəli təbəssümündən
Mən qədər kobud birindən edibdir dəli-divanə
İşlərim olub viranə, dostlarım lağ eləyirlər
Sənə Leyli, mənə Məcnun, bir az ağ eləyiblər
[Nəqərat]
Ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Ömrüm, ömrüm