player cover

Omrum Asilan Ip – Teyyub Aslanov

lyric Omrum Asilan Ip

Omrum Asilan Ip

[Bənd 1]
Yaşadığım günün adı həyatdır
Bu həyat məni hər tərəfə atdı
Yaşadığım günün adı həyatdır
Bu həyat məni hər tərəfə atdı

Əlim ölümündə əlinə çatdı
Əlim ölümündə əlinə çatdı
Ölümdən kömək ummaq əbəsdir
Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

[Bənd 2]
Ayağım torpaqda, ruhum göydədir
Közü qopdu, yenə yaram göynədi
Ayağım torpaqda, ruhum göydədir
Közü qopdu, yenə yaram göynədi

Ölən üçün, vallah, yer nə, göy nədir?
Ölən üçün, vallah, yer nə, göy nədir?
Gedib-gələn quru, cansız nəfəsdir
Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

[Nəqərat]
Göyün gülməyi var, ağlamağı var
Allahın ölümdən saxlamağı var
Göyün gülməyi var, ağlamağı var
Allahın ölümdən saxlamağı var

Tanrının hərdənbir yoxlamağı var
Tanrının hərdənbir yoxlamağı var
Bu sınaq ölümə, dirimə bəsdir
Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

[Muğam]
Dünyamı fırlanır başıma indi?
Əcəlmi çıxıbdır qarşıma indi?
Əzab yüklənib göz yaşıma indi
Ruhum da bədəndə səbrimi kəsdi
Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

Ömrüm asılan ip, yenə də əsdi
Ömrüm asılan ip, yenə də əsdi

About Omrum Asilan Ip

Musiqi və söz: Xanım İsmayılqızı
Aranjiman: Ayaz Mansurov
Rejissor: Nail Naiboğlu
Operator: Fuad Məmmədov
Dron operatoru: Rahid Abbasov

Other Songs