player cover

One Love – Aysel , SAYBU

One Love  cover

lyric One Love

(Gedirsən get, gözlər yaş olan deyil)
(Nə edirsən et, xoş olan deyil)

Dərinə getmə, getmə daha çox üzmə məni
Yerimə kim olsa atıb gedərdi çoxdan səni
Hisslərin bilmədik dəyərini
Bilmədik sevməyin qədərini

Bəlkə yuxudayıq, yatırıq əbədi
Bəlkə sevginin özü bir tələdir
Hər axşamın var bir səhəri 
Bəlkə gecələri gündüz elədik

Var yolumuz qaranlıqdan aydınlığa
Üz döndərsək sevgimizlə ayrılığa
 
Gedirsən get, gözlər yaş olan deyil
Daş olan deyil ürəyim, boş olan deyil
Nə edirsən et, ağlım çaş olan deyil (One love)
Sözlər kaş olanda sənə xoş olan deyil (One love)

Gedirsən get, gözlər yaş olan deyil
Daş olan deyil ürəyim, boş olan deyil
Nə edirsən et, ağlım çaş olan deyil
Sözlər kaş olanda sənə xoş olan deyil

Demirəm geri dön, dönmə
Məni göm ən dərinə, dön əvvəlinə
Gül göndərirəm ən gözəlindən
Külə döndərmə, gəl öz əlinlə

Görürəm, gedirsən, demirəm gözlə
Özünü göstərmə, deyiləm özgə
İnsan itirəndə özlər 
İtirər dəyərini 
Sevinəndə verilən sözlər

Sevgi deyilən şey buymuş
Çox ciddi bir duyğuymuş
Sənsizlikdən qorxdum
Amma ayrılıq uyğunmuş

Dönmədi, geriyə dönmədi
Ölərdim amma ki, ölmədim

Gedirsən get, gözlər yaş olan deyil
Daş olan deyil ürəyim, boş olan deyil
Nə edirsən et, ağlım çaş olan deyil (One love)
Sözlər kaş olanda sənə xoş olan deyil (One love)

Gedirsən get, gözlər yaş olan deyil
Daş olan deyil ürəyim, boş olan deyil
Nə edirsən et, ağlım çaş olan deyil
Sözlər kaş olanda sənə xoş olan deyil

One love
One love
One love

About One Love

Music / Lyrics: SAYBU Music Producers: Blawnsh, Emin Karim Mix & Mastering: Emin Karim Music Label: BEAT Music Label Manager: Amal Alili

 

Other Songs