lyric Onu Gorende
Onu Gorende
Bənd 1
Ömür gedir zaman qocaldır bizi,
Əcəl gəlir bir-bir azaldır bizi.
Bükülsədə qamətimiz amma ki,
Qəlbimizdə sevgi ucaldır bizi.
Nəqarət
Onu Görəndə hisslərim deyir,
Görən qəlbi eşqə razı mı?
Şair olum yazım ona şeir,
Rəssam olum çəkim nazını.
Bənd 2
Elə olur ki, dodaq susur ürək danışır,
Bilməz o, amma ona görə qəlb alışır.
O bəlkədə şirin-şirin yatarkən,
Mənim amma həmişə yuxularım qarışır.