player cover

Opum Nefesinden – Shohret Memmedov

Opum Nefesinden cover

lyric Opum Nefesinden

Nəqarət * (1)

Keçim həvəsimdən dodaqlardan 
Nə hallara düşdüm, nə hallardan
Yorulmuşam axı olanlardan
Öpüm nəfəsindən uzaqlardan


Yayılıb aləmə fəryadım harayım
Bir ümidim olsun hər zaman arayım
Oxşayım saçını telini darayım 
Öpüm şirin-şirin yanaqlardan

Nə bilsin ağlamaq çarəmi həllimi 
Öləcəm qalacam bu səncə bəllimi?
Şair qadınısan alım təsəllimi 
Sətirlərdən varaqlardan
 
Nəqarət * (2)

Ölərəm yolunda qırmaram xətrini 
Adınla bəzədim şeirimin sətrini 
Evim sənsənaxı alıram ətrini 
Saçına toxunmuş daraqlardan 

Bir sor ömrüm mənsiz sən tək necə qaldın
Ölüm qollarında sən qəlbimə doldun
Vazkeçilməz oldun sən nə doğma oldun 
Həyatıma gəlmiş qonaqlardan


About Opum Nefesinden

Söz/Mus: Şöhrət Məmmədov

İdeya müəllifi: Dildara Eyyubova

Aranjiman: Fərşid Milani

Rejissor: Əliəkbərov Əliağa

Operator: Əliəkbərov Əliağa

Geyim rəssamı: Dildara Eyyubova

Mix/master: Fərşid Milani

Other Songs