lyric Oralarda
[Bənd 1]
Görən, necə oldu?
Neçə vaxtdır, öyrəşdinmi?
Oralarda, oxudum
Yağır yağışlar, sən sevməzdin
Dünən bir ay oldu
Nə tez ötdü gedişindən
Çətin oldu, yeri dolmur gedənin
Heç bilməzdim
[Nəqərat]
Üşüsən oralarda, əlim çatmaz sarılmağa
Keçmir buralarda bir gün darıxmadan
Üşüsən oralarda, əlim çatmaz sarılmağa
Keçmir buralarda bir gün darıxmadan
[Bənd 2]
Günlər, biri gəldi, biri getdi
Arasında ümid itdi
Nə qədər ki zamanım var
Gözlərdim
Görsən, ürəyindən
Çıxa bilmir, darıxırsan
Oralarda bir qanad tap
Göy üzündən en yanıma
[Nəqərat]
Üşüsən oralarda, əlim çatmaz sarılmağa
Keçmir buralarda bir gün darıxmadan
Üşüsən oralarda, əlim çatmaz sarılmağa
Keçmir buralarda bir gün darıxmadan