lyric Oyan
Oyan
Açıl səhər, açıl sabah, doğ günəş
Tənqə gəldim gecə zülmət əlindən
Qaranlıq könlümü sıxdı
Tutuldu qulağım bayquşun şum naləsindən
Açıl səhər, ellərimiz oyansın
Günəş saçsın, qızıl nura boyansın
Duman almış hər tərəfi, görünmür
Nə bir ulduz, nə də bir ay parası
Təz yetir üzünü, bağrım qan oldu
İşıqlansın könlüm, getsin yurdumun qarası
Açıl səhər, ellərimiz oyansın
Günəş saçsın, qızıl nura boyansın