player cover

Popurri – Zemine Rehimova

lyric Popurri

Popurri

[Bənd 1]
Bu dağda maral gəzər
Telini darar gəzər
Bu dağda maral gəzər
Telini darar gəzər

Mən yara neyləmişəm, ay gülüm
Yar məndən kənar gəzər?
Mən yara neyləmişəm, ay balam
Yar məndən kənar gəzər?

[Nəqərat]
Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur ver içək, ay Güləbatın, hey

Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur ver içək, ay Güləbatın, hey

[Bənd 2]
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə

Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə?
Niyə məndən küsmüsən?
Dağ çəkirsən dağ üstə?

Getmə, getmə, maralım
Nə ki dərdin var, alım
Gözünə düz baxmasam
Gözlərimdən saralım

[Nəqərat]
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar

Sevəsən, ayrılasan
Bax bu yaman dərd olar
Sevəsən, ayrılasan
Bu da yaman dərd olar
Bax bu da yaman dərd olar

[Bənd 3]
Gəncədən fayton gəlir, fayton gəlir, gəlir
Ay, fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir, gəlir
Ay, yorğun gəlir

Gəncədən fayton gəlir, fayton gəlir, gəlir
Ay, fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir, gəlir
Ay, yorğun gəlir

[Nəqərat]
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir
Sarı köynək, sarı çəpkən, badamı göz gəlir

Dolayı gəl, dolayı
Həsiri basma, dolan gəl
Süpürmüşəm sarayı
Həsiri basma, dolan gəl

Dolayı gəl, dolayı
Həsiri basma, dolan gəl
Süpürmüşəm sarayı
Həsiri basma, dolan gəl

[Bənd 4]
Bitirməyə az qalıb
Gözlərəm təzə ayı, hey
Bitirməyə az qalıb
Gözlərəm təzə ayı, hey

[Nəqərat]
Dolayı gəl, dolayı
Həsiri basma, dolan gəl
Süpürmüşəm sarayı
Həsiri basma, dolan gəl

Dolayı gəl, dolayı
Həsiri basma, dolan gəl
Süpürmüşəm sarayı
Həsiri basma, dolan gəl

[Bənd 5]
Mən bu elin qızıyam, anamdır Azərbaycan
Mən onun sinəsindən süd əmib zaman-zaman
Böyüyüb boy atmışam, saf suları qanımdır
Uca dağı vüqarım, torpağı dərmanımdır

Mən bu elin qızıyam, anamdır Azərbaycan
Mən onun sinəsindən süd əmib zaman-zaman
Böyüyüb boy atmışam, saf suları qanımdır
Uca dağı vüqarım, torpağı dərmanımdır

[Keçid]
Fərhad dağda külünglə surətimi qazıbdır
Şirin sədaqətini tarixlərə yazıbdır
Qəribin Sənəmiyəm, Koroğlunun Nigarı
Nəbiyə Həcər olub dolanmışam dağları

[Nəqərat]
Demirəm: ‘’Birdənəyəm’’
‘’Gözəllik ulduzuyam’’
Hər elin öz övladı
Azərbaycan qızıyam

Demirəm: ‘’Birdənəyəm’’
‘’Gözəllik ulduzuyam’’
Hər elin öz övladı
Azərbaycan qızıyam

About Popurri

1. Güləbatın (Musiqi və söz: Xalq mahnısı)
2. Maralım (Musiqi: Qulu Əsgərov, söz: Hüseyn Kürdoğlu)
3. Gəncədən Fayton Gəlir (Musiqi və söz: Xalq mahnısı)
4. Dolayı (Musiqi və söz: Xalq mahnısı)
5. Azərbaycan Qızıyam (Musiqi: Ələkbər Tağıyev, söz: Validə Hüseynova)

Other Songs