lyric Qorxuram
Nə əcəldən, nə ölümdən,
Nə əzabdan, nə zülmdən.
Nə qüssədən, nə də ahdan,
Qorxuram.
Bu sevgini bitirməkdən,
Mən bir səni itirməkdən.
Bir də ki, yalnız Allahdan qorxuram.
Mən səni bu gecə son dəfə görüşə çağırıram,
Qışqırıb bu dəfə şeytanın üstünə çığırıram.
Hər dəfə deyirəm ayrılaq ancaq, qorxuram,
Nə eliyim, elə ki, ayrılırıq , mən darıxıram.
Darıxıram, darıxıram, darıxıram