lyric Qoshulub Qachaq
Qoşulub Qaçaq
[Nəqarət]
Gəl ay gözəl qolumu salım boynuna,
Qoşulub qaçaq babalı mənim boynuma.
Gəl ay oğlan əlimi salım qoluna,
Qoşulub qaçaq babalı sənin boynuna.
[Bənd 1]
Ay qız səni çox sevirəm özün yaxşı bilirsən,
Bəs nə üçün soruşanda "dayan gözlə" deyirsən?
Oğlan səni çox sevirəm özün yaxşı bilirsən,
Bəs nə üçün soruşanda "dayan gözlə" deyirsən?
[Keçid]
Gəl ay gülüm, gəl son qoyaq "dayan gözlə" oyununa,
Sevirsənsə ver əlini qalanı mənim boynuma.
Ay sevgilim, gəl son qoyaq "dayan gözlə" oyununa,
Sevirsənsə ver əlini qalanı mənim boynuma.
[Nəqarət]
Gəl ay Nəfəs qolumu salım boynuna,
Qoşulub qaçaq babalı mənim boynuma.
De ay Pünhan inanımmı oyununa?
Qoşulub qaçaq babalı sənin boynuna.
[Bənd 2]
Görüşə gəlib bəhanəylə tez də çıxıb gedirsən,
"Evdəkilər nigarandır, nigarandır" deyirsən.
[Keçid]
Gəl sevgilim, gəl son qoyaq "dayan gözlə" oyununa,