player cover

Royada idim – Kemale Guneshli

 Royada idim cover

lyric Royada idim

Gecə xəlvətdə qaranlıq
Ürəyim durdu bir anlıq
Yadıma düşdü cavanlıq
Onda röyada idim
Mən onda röyada idim

Saralıb nə solmamışdın
Nə gedib nə qalmamışdın
Hələ sən heç olmamışdın
Qoca dünyada idim
Mən onda röyada idim

Mən onun sevgisi oldum
Ən ağır itgisi oldum
Məcnunun Leylisi oldum
Dəli səhrada idim
Mən onda röyada idim

Qocalırsan elə bilmə
Ağlayırsan gülə bilmə
Məni sən gəl belə bilmə
Axı mən sadə idim
Mən onda röyada idim

Tikanam o gözlərdə mən
Gedirəm o izlərdə mən
Üzmədim dənizlərdə mən
Amma dəryada idim 
Mən onda röyada idim

Dərdimin dərmanıdır O 
Bir insanın canıdır O
Eşqimin sultanıdır O
Şaha şahzadə idim 
Mən onda röyada idim



About Royada idim

Söz: Tural Sədalı Aranj: İsmayıl Əlizadə Nəqarət: Şaban Neftçalalı & Mehman Qobulu Rejissor: Zahir Məmmədov Prodüser: Əli BAXŞIZADƏ

Other Songs