player cover

Salamat Qal – Nuran

Salamat Qal cover

lyric Salamat Qal

[Bənd 1]
Unuduram səni, deyəsən
Unudulur hər gedən, onsuz
Yoruluram daha niyəsə
Unudulan tərk edən olsun

Tapmıram biz hanı?
İndi itirib hüceyrələr nizamı 
Ürəyimdə iz hanı ki, hamısı günahların
Əymərəm sənə görə Mizanı

Susduq, bağlanıb əhd deyə-deyə
Uduzduq şans, əfv deyə-deyə
Sevgi dilində hərf deyə bilənin
Unuduruq hər şeyi səhv deyə, niyə?
 
Bax, həyat gedir geriyə baxmadan
Zaman qısa, yolumuz uzaq
Sənə ayrıdır, mənə ayrı
Get, hər şeyi yenidən başdan yazaq

[Nəqərat]
Qal salamat, bizə yol görünür
Sənin ürəyində biri var
Aramızda yol böyüyür
Uzağam, sanki nirvana
Yazılıb bizə daima drama
İkimizi daha sayıram ayrı
Gəl, yaşayaq qitələri ayırıb-ayırıb
Biz yaraşırıq kainata ayrı-ayrı

Qal salamat, bizə yol görünür
Sənin ürəyində biri var
Aramızda yol böyüyür
Uzağam, sanki nirvana
Yazılıb bizə daima drama
İkimizi daha sayıram ayrı
Gəl, yaşayaq qitələri ayırıb-ayırıb
Biz yaraşırıq kainata ayrı-ayrı

[Bənd 2]
Ora mənzilin, hara niyyətin
Sabahı burax, gecəyi gətir
Ayırdın, düzü, bizi bizdən
Amma qalıb üzərimdə hələ o ətir

Unuduram dünənimi, istəmirəm hərçənd
Duyğular ağlayanda sərçə
Sədd çək birdəfəlik ümidlərə
Ürəyimdə sən, sanki ürəyimdə xərçəng

Ağlımda qalan o siman silinib və 
Ürəyimə qazıdığın ad paslanıb
Gizlənib o içində kinin
Bir də tanıyıram üzünü mən, at maskanı

Sənə bir də inanımmı? Çətin
Mən gedənədək vaxtın var
Ağla, tök ürəyini, çünki  
Mən gülənədək vaxtın var

[Nəqərat]
Qal salamat, bizə yol görünür
Sənin ürəyində biri var
Aramızda yol böyüyür
Uzağam, sanki nirvana
Yazılıb bizə daima drama
İkimizi daha sayıram ayrı
Gəl, yaşayaq qitələri ayırıb-ayırıb
Biz yaraşırıq kainata ayrı-ayrı

Qal salamat, bizə yol görünür
Sənin ürəyində biri var
Aramızda yol böyüyür
Uzağam, sanki nirvana
Yazılıb bizə daima drama
İkimizi daha sayıram ayrı
Gəl, yaşayaq qitələri ayırıb-ayırıb
Biz yaraşırıq kainata ayrı-ayrı


About Salamat Qal

Layihə direktoru:     Ruhiyyə Əliyeva

İstehsal şirkəti:       Liatris Holding  

Söz və musiqi:          Rafael Şabanov (İntiha)

Aranjiman:                 Clavis, Nihat Malik

Miks və masterinq:  Nihat Məlikov

Montaj və rəng:        Emin Əliyev

Geyim:                       “Jasmin” Couture by Nargiz Aliyeva 

Geyim assistenti:      Ayşə Heydanova 

Qrim:                           Malvina Vəliyeva

Saç:                             Aygün Məmmədova, Malvina Vəliyeva 

Dop:                             Ülvi Askerov

Dop asissent:             Mirələm Əzimov

Fokuspuller:               Sübhan Quluzadə

Gaffer:                         Əli Abbasov

Aktrisa:                        Esmeralda Abdullayeva

Xüsusi təşəkkürlər:   Seva Camalova

Other Songs