lyric Seni Men Bele Bilmezdim
[Bənd 1]
Mən uzaqdan da sevərdim
“Gəl”,-desəydin, gələrdim
Kaş ki yadında qalsaydı
Gedəndə ürəyimi aparsaydın
Gecə gələr üzərimə divarlar
Düz olanı yüz yerə yozarlar
Unutma, unutma (unutma)
[Nəqərat]
Səni mən belə bilməzdim
Ürəyimi qırdın, əzdin
Səni mən belə bilməzdim
Niyə bizdən tez bezdin?
Səni mən belə bilməzdim
Heç kəsi belə sevməzdim
Mənə dünya qərib olsa
Səni yadlara verməzdim
[Bənd 2]
Səni küçə-küçə gəzdim
Yox idi əvəzin
Limanı itkin dənizin
Dalğası həzin
Yolu itib evimizin
Axı ora ikimizin
Neyləsək də, bizdə
Olmadı, əzizim (əzizim)
[Nəqərat]
Səni mən belə bilməzdim
Ürəyimi qırdın, əzdin
Səni mən belə bilməzdim
Niyə bizdən tez bezdin?
Səni mən belə bilməzdim
Heç kəsi belə sevməzdim
Mənə dünya qərib olsa
Səni yadlara verməzdim
[Keçid]
Gecə gələr üzərimə divarlar
Düz olanı yüz yerə yozarlar
Unutma, unutma (unutma)
[Bənd 3]
Hər zərrəmdə izin
Ümid edib sevdim
Dedim, bəlkə, bir gün
Üzü gülər sevgimizin
Nədir sənin dərdin?
“Get”,-desən də, getməzdim
Sənin bir gülüşünə
Dünyanı dəyişməzdim
(Dünyanı dəyişməzdim)
[Nəqərat]
Səni mən belə bilməzdim
Ürəyimi qırdın, əzdin
Səni mən belə bilməzdim
Niyə bizdən tez bezdin?
Səni mən belə bilməzdim
Heç kəsi belə sevməzdim
Mənə dünya qərib olsa
Səni yadlara verməzdim