player cover

Sensizlemishem – Cavid Baba

Sensizlemishem cover

lyric Sensizlemishem

Bax, gülüm, gəldi bahar, açdı bulaqlar gözünü
Yarının amma bu göz yaşları bağlar gözümü
Bax, gülüm, gəldi bahar, açdı bulaqlar gözünü
Yarının amma bu göz yaşları bağlar gözümü
Qorxuram, sənsiz öləm, ağlayasan arxamca
Axı ölsəm, mələyim, kim silər ağlar gözümü?
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Yar, necə yalqızlamışam!
Bu könül dəftərinə dərdi kədər yazdı fələk
Bu qərib taleyimə gör ki, nələr yazdı fələk
Bu könül dəftərinə dərdi kədər yazdı fələk
Bu qərib taleyimə gör ki, nələr yazdı fələk
Neyləyim mən, axı sənsizliyə öyrəşməmişəm?!
Mənə qürbətdə keçən ömrü hədər yazdı fələk
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Yar, necə yalqızlamışam!
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!


About Sensizlemishem

İlk ifaçısı: Xatirə İslam

Musiqi: Tunar Rəhmanoğlu

Söz: Vüqar Əbdulov

Səs yazma: Əsəd Fətullayev

Aranjiman : Mehdi Mamedov

Videographer : Cumu Mekhtiev

Pr Managar : Sami İsmayıllı / Fərid

Other Songs