player cover

Sevgilim – Miri Yusif , Roya

Sevgilim cover

lyric Sevgilim

(Nəqarət) 

Sevgilim... 

Sevən ürək qırıldı gözlə 

Sevgilim.. 

Duyğularım kül olur közdə 

Sevgilim... 

Tutulur dil qarışır sözlər 

Sevgilim... 

(Röya) 

Gecə zülmət işlərim tərsinə 

Ay gecədən küsüb sən demə 

Ov olan ovçudan gizlənərmiş 

Arxanca dolanırdım əksinə 

Dərdlərim çarəsiz indi 

Yaşananlar elə bil filmdi 

Sevilən kim sevən kimdi 

Susmuş vicdanını dindir 

(Nəqarət) 

Sevgilim... 

Sevən ürək qırıldı gözlə 

Sevgilim.. 

Duyğularım kül olur közdə 

Sevgilim... 

Tutulur dil qarışır sözlər 

Sevgilim... 

(Miri Yusif) 

Dünya dönər öz ətrafına 

Gün işığı düşmədi heç şansıma 

Gülü sevən tikana qatlanarmış 

Çıxdın tikan-tikan qarşıma 

Dağılar indi bütün xəyallar 

Qırıntılar yox olur zamanda 

Qəlb bağırır ağız susanda 

Fırtınaları fırtına anlar 

(Nəqarət) 

Sevgilim... 

Sevən ürək qırıldı gözlə 

Sevgilim.. 

Duyğularım kül olur közdə 

Sevgilim... 

Tutulur dil qarışır sözlər 

Sevgilim... 

About Sevgilim

Söz&Musiqi: Jay Hun

Aranjiman: Xalis Xan

Mix&Mastering: Oleg Naumov

Rejissor: Ali Farhad

Media meneceri: Elvin Elxan

Other Songs