player cover

Sevgilim Ol – Abbas Bagirov

lyric Sevgilim Ol

Sevgilim Ol

[Bənd 1] [Röya, Abbas Bağırov]
Sevgi şirin nəğmə, sevgi bir aləm
Birgə ömür sürək - sevgi, sən və mən
Ulduz gözlərinçün vallah ölürəm
Canımdan da artıq səni sevirəm

[Abbas Bağırov]
Sevgi şirin nəğmə, sevgi bir aləm
Birgə ömür sürək - sevgi, sən və mən
Ulduz gözlərinçün vallah ölürəm
Canımdan da artıq səni sevirəm

[Nəqərat] [Röya, Abbas Bağırov]
Ay ömrüm, həyatım, səninlə mən varam
Xoşbəxt bir sabaha aparır bu yol

Bu gözəl həyatda tək sənin olaram
Sən mənim hər zaman yanımda ol

Sən mənim hər zaman sevgilim ol
Sevgilim ol

[Bənd 2] [Röya, Abbas Bağırov]
Əllərin əlimdə, gözüm gözündə
Biztək xoşbəxt varmı görən yer üzündə?
Dünya gözəlsə mənim gözümdə
Bilirəm, sevirsən məni özün də

Əllərin əlimdə, gözüm gözündə
Biztək xoşbəxt varmı görən yer üzündə?
Dünyaya dəyərsən mənim gözümdə
Bilirəm, sevirsən məni özün də

[Nəqərat] [Röya, Abbas Bağırov]
Ay ömrüm, həyatım, səninlə mən varam
Xoşbəxt bir sabaha aparır bu yol

Bu bir ömür boyunca səninlə olaram
Sən mənim hər zaman yanımda ol

Sən mənim hər zaman sevgilim ol
Sevgilim ol
Sevgilim ol
Yanımda ol
Yanımda ol

About Sevgilim Ol

Musiqi və söz: Sevda Məmmədli

Other Songs