lyric Shebede
Nə deyim mən belə həmxanələrə,
Atdılar qəmlərə , qəmxanələrə.
Mən qoşulduqca bu divanələrə,
Məni cəlb eylədi meyxanələrə.
Şəbədə eyləyəcəklər şəbədə,
Şəbədə eyləyəcəklər nə qədər.
Lap ucalsan da neçə mərtəbədə,
Şəbədə eyləyəcəklər şəbədə.
Dedim eşqimdə mənim var təbəqə,
Nə bölüşdüm, nə də yazdım vərəqə.
Dedilər saxlama qəlbində onu,
O, yolun yolçusuna ver sədəqə.
Niyyətim başqa idi bir tərəfə,
Başqa cür oldu çatarkən hədəfə.
Elə bir kəlmə dedi, mey nediki?
Süzürəm badəyə qaldır şərəfə.