lyric Shemkirim
Yasamal dağından durub baxanda
Ömrüm uzanır bu gözəl cahanda
Bütün gözəlliklər bizim məkanda
Cənnətə bənzərdi gözəl şəmkirim
Şəmkirə qurbandı bizim canımız
Burda gözəl keçir hal-əhvalımız
Varlıdı zəngindi gözəl Şəmkirim
Canlara dəyəndi oğullarımız
Allah bu torpağa verib neyməti
Yayılıb hər yana şanı şöhrəti
Qazanıb dünyada böyük hörməti
Cənnətə bənzərdi gözəl Şəmkirim
Şəmkirə qurbandı bizim canımız
Burda gözəl keçir hal-əhvalımız
Varlıdı zəngindi gözəl Şəmkirim
Canlara dəyəndi oğullarımız