player cover

Shukur Ki Olmemishem – Xumar Qedimova

Shukur Ki Olmemishem cover

lyric Shukur Ki Olmemishem

Bir gün getsəm bu dünyadan
Elə bilməyin ölmüşəm
Elə bilin kimdənsə, nədənsə
Küsüb getmişəm

Bir mehriban baxışa
Şirin sözə bəndəm
Bəlkə, geri dönəm?
Bəlkə, geri dönəm?

Bəlkələr yol ola dönəm, kaş!
Dönəm bir ay işığına
Boylanam yer üzünə 
 
Boylanam mənsiz qalan həyətimə
Boylanam mənsiz qalan həyatıma
Darıxan evim üçün, balam üçün
Sevgim üçün...
Darıxan balam üçün, yarım üçün
Evim üçün...

Hanı məndə o bəxt, görən?
Dönəm o bəxtəvər gözələ əvvəlki tək
Siz də ağlamayın bu gedişimə, doğmalar
Mənim nigarançılığımı başqa dünya götürməz
Qayıdacağam...

Şükür Allaha, ölməmişəm!
Elə - belə bu dünyadan getmişəm
Qayıdacağam, qayıdacağam
Qayıdacağam...

About Shukur Ki Olmemishem

Musiqi: Xumar Qədimova

Söz: Sona Vəliyeva

Other Songs