lyric Simurq Qushu
[Bənd 1]
Ürəyinin əzab dolu yerinə
Elə gəlib qaranəfəs çatarsan
Mat qalarsan bu dünyanın sirrinə
Dərin fikir dəryasına batarsan
Ürəyinin əzab dolu yerinə
Elə gəlib qaranəfəs çatarsan
Mat qalarsan bu dünyanın sirrinə
Dərin fikir dəryasına batarsan
[Keçid]
Ümidlərin göydə durna lələyi
Kim dedi ki, simurq quşu var imiş?
İtən ümid ömrümüzün bəzəyi
İtən lələk göydən yağan qar imiş
[Nəqərat]
Arzuların dil açıb yalvarar ki
Əvvəl-axır bir oyuncaq, oyuncaq ver bizə
Olacağın olmağına nə var ki?!
Bircə dənə “olmayacaq, olmayacaq” ver bizə