player cover

Siradan Adam – Qaraqan

Siradan Adam cover

lyric Siradan Adam

Sükutunun pərdə arxası
Onun ürəyində yarası
Sızıldayır səssiz
Geyindiyi yalanlardı onun qəsri

Onu qoruyası dünyadan
Hamı kimi sıradan adam
Cəmiyyətə təslim
Olacaq bu gün cəmiyyətə təslim

İki üstəgəl iki bərabər beş
Yaz qara ağdı, ağ isə qara
Geyin maskanı, sıraya keç
Artıq uyğunlaşdın onlara

Sıradan Adam, Sıradan Adam
Bax, gəlir sürünən adam, sürünən adam
Dəvət edin içəri, sevimli adam
Çünki bizim sürüdən adam, sürüdən adam

Sıradan Adam, Sıradan Adam
Bax, gəlir sürünən adam, sürünən adam
Dəvət edin içəri, sevimli adam
Çünki bizim sürüdən adam, sürüdən adam

Bir addım sağa
Çıxdım sıradan, deməli sağam
Mən deməli varam, deməli dünyanın gözünə dağam
Çünki mənim yox ağam və gözlərim açılıb
Qandalım qırılıb, qollarım azad
O biri qulların əllərini açıram

Yadam – özgəyəm hamınıza
Keçdim sərhədlərdən
Nəyi düşünmək olar və danışmaq olmaz
Qadağan bütün hədlərdən

Sənə öyrədilənləri unut dedim
Amma öyrədilənləri uddun
Sənə göstərilənlər göstəridi dedim
Amma göstərilənlərdən qorxdun

Deməli quyudasan, qorxdun, deməli dərədəsən
Keyfiyyətli pendiri sənə pulsuz verirlərsə, tələdəsən
Qorxdun, deməli sürüdəsən, qamçılayıb sürəcəklər
Canavar adıyla qorxudub
Sonda elə çoban yeyəcək səni

Uzaqdan Adam, Uzaqdan Adam
Bax, gəlir Düşünən Adam, Düşünən Adam
Ona olmaz içəri, təhlükəli adam
Çünki deyil bizim sürüdən adam, sürüdən adam

Uzaqdan Adam, Uzaqdan Adam
Bax, gəlir Düşünən Adam, Düşünən Adam
Ona olmaz içəri, təhlükəli adam
Çünki deyil bizim sürüdən adam, sürüdən adam

Sıradan Adam, Sıradan Adam
Qoy gəlsin sürünən adam, sürünən adam
Dəvət edək içəri, sevimli adam
Çünki bizim sürüdən adam, sürüdən adam

Sıradan Adam, Sıradan Adam
Qoy gəlsin sürünən adam, sürünən adam
Dəvət edək içəri, sevimli adam
Çünki bizim sürüdən, sürüdən adam

About Siradan Adam

Qaraqan “Sıradan Adam” mahnısının mənası Qaraqanın “Sıradan Adam” mahnısı fərqliliyin və azad düşüncənin cəmiyyətdə necə qəbul edildiyini əks etdirir. Mahnının vizual tərtibatı – kukla teatrı janrında çəkilmiş klip – bu ideyanı daha da gücləndirir. Əsas obraz olan “Sıradan Adam” cəmiyyətin qoyduğu qaydalara uyğun gəlmir, fərqli düşüncəyə sahib olduğu üçün tək qalır. Klipin əvvəlində onun kasıb və uğursuz həyatı göstərilir, lakin eyni zamanda mədəni və fərqli biri olduğu vurğulanır. Bunu divarda asılmış Nizami Gəncəvi şəklindən anlayırıq. Cəmiyyətin getdikcə eyniləşən, fərqsizləşən insanlardan ibarət olduğu ideyası plastik əməliyyatlarla hamının bir-birinə bənzədiyini göstərən qəzet vasitəsilə çatdırılır. “Sıradan Adam” bu sürüdən biri olmaq istəmir, amma eyni zamanda qəbul edilməmək qorxusu yaşayır. Klipin kulminasiya nöqtəsində o, əlində “2+2=5” yazısı ilə küçəyə çıxır, bu isə həqiqətlərin təhrif edildiyi bir dünyada insanların rahatlıq üçün yalanlara uyğunlaşdığını simvollaşdırır. O, nə qədər uyğunsuz görünsə də, yalanları qəbul etdikcə cəmiyyət onu özününkü kimi qarşılayır. Amma gerçək kimliyini qoruyanda, onu qəbul etmək istəmirlər, hətta ona hücum edirlər və sonda onu ruhi xəstə kimi xəstəxanaya aparırlar. Mahnının əsas mesajı budur: fərqli düşünən, azad ruhlu və mədəni insanlar cəmiyyətin bayağı kütləsi tərəfindən sıxışdırılır, qəbul edilmir, hətta dəliliklə günahlandırılır. Cəmiyyətin gözündə fərqli olmaq təhlükəlidir, çünki fərqlilik onların yaratdığı Matriksə uyğun gəlmir. Mədrəsədə iştirak edənlər bu mahnının həqiqi mesajını daha yaxşı anlayacaqlar. Hər birimizin daxilindəki İcma insanı və Şəxsiyyət arasındakı mübarizə burada özünü göstərir.

 

Other Songs