lyric Siyah
[Bənd 1]
Düşünmə gedəndə məni
Ürəyimə çəkib dağ
Biri siyah, biri ağ
Ölüm mən düşünə-düşünə səni
Yazılıb alnıma bax
Biri siyah, biri ağ
[Nəqərat]
Amma ki sanma
Yanılar ürəyim, inanma
Sevgi dərd ilə yanmaz
Biri ölər, biri sağ
Qəlbim, utanma
Unudar adam unudanla
Öləcək hisslərin, anla
Qala bilərmi ki sağ?
[Bənd 2]
Soruşma mənim halımı
Dön bir, arxana bax
Yarıda dayanıb vaxt
Qalım tək danışa-danışa özüm
İki ürək, bir otaq
Biri siyah, biri ağ
[Nəqərat]
Amma ki sanma
Yanılar ürəyim, inanma
Sevgi dərd ilə yanmaz
Biri ölər, biri sağ
Qəlbim, utanma
Unudar adam unudanla
Öləcək hisslərin, anla
Qala bilərmi ki sağ?
[Bənd 3]
Bağışla deyən deyiləm
Edir o sevgimə lağ
Çəkərək üstümə dağ
Qayıtma, nə mənası var?!
Gecə və gündüz uzaq
Biri siyah, biri ağ
[Nəqərat]
Amma ki sanma
Yanılar ürəyim, inanma
Sevgi dərd ilə yanmaz
Biri ölər, biri sağ
Qəlbim, utanma
Unudar adam unudanla
Öləcək hisslərin, anla
Qala bilərmi ki sağ?