player cover

Soz Tapmeram – Xatire Islam

 Soz Tapmeram  cover

lyric Soz Tapmeram

[Bənd 1]
Qarışır ağ və qara
Güvən yox daha insanlara
Yarısı bel bağlamağa
Hazır deyil sirr saxlamağa

Alışır içdə yara
Danışım necə başqalara?
Tutsunlar yenə daşqalağa
Təcili qaçmalı uzaqlara

[Keçid]
Axı uzaqlar belə dolub dərd ilə
Möhür var dilə
Dedim fərz elə, mən daha söz tapmıram

[Nəqərat]
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram

[Bənd 2]
Maska bəzilərində idi
İndi isə hamıdadır
Görən, bundan sonra 
Hansı problemlər qapıdadır?

Keçən gözəl illərimiz hər biri yadımdadır
Amma indi həvəslənirəm
Sonra da yarım qalır

[Keçid]
Canım yanır, hər yananda yadda qalır
Qorumuruq mədəniyyəti
O da yada qalır
Biri girir həyatına elə fağır-fağır
Qadan alım deyir, deyən gedir, qada qalır

[Nəqərat]
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram

[Çıxış]
Vallah, daha mən söz tapmıram

About Soz Tapmeram

Musiqi və söz: Sheyh Ree Aranjiman: Khasbeats, O.Zade Kamanca: Şahriyar Musayev Miks və masterinq: Ruslan Samedov Səsyazma: İlkin Hasan Rejissor, operator: Hafis Ulubayov Montaj və rəng: Xanlar Niftəliyev Asistent: Bərxudar İsmayılov Mua: Peri makeup Saç: Türkan Salmanova Saç rənglənməsi: Huseyn abi Geyim: Milano Fashion Aksesuar: Naar Collection

Other Songs