player cover

Sozlum – Namiq Qarahuxurlu

Sozlum  cover

lyric Sozlum

Sən gülüncə, ey gül üzlüm dünya cənnət görünər
Sən sevincə, sən baxınca hicran yel ilə sürünər
Sən yanımda olmayanda könlüm hey səni soruşar
Naz et amma küsmə məndən küssən, aləm qarışar
Rast gəlincə qol- qanad açdım, taleyimdən bəxtimə qaçdım
Hə deyincə göylərə uçdum, hə deyincə yar

Köksümdə hər dəfə döyünən ürək deyil, sənsən
Hər nəfəsdə ətrini duyduğum çiçək deyil, sənsən

Boş qalan qəlb günbəgün yar, sevgimizlə dolacaq
Aylar ötsün, illər ötsün eşqimiz var olacaq
Ən tükənməz, ən dəyişməz hissimizdir o bizim
Qəlbimiz bir, fikrimiz bir, arzumuz bir əzizim
Sadiq oldun sən mənə sözlüm, güldü könlüm ey gülər üzlüm
Ağ gəlinliklim, qara gözlüm, mələk üzlümsən

Köksümdə hər dəfə döyünən ürək deyil, sənsən
Hər nəfəsdə ətrini duyduğum çiçək deyil, sənsən

About Sozlum

Söz/mus: Namiq Qaraçuxurlu

Aranjıman & Mix/Mastering: Barbod Hozouri

Səs: İmran İbrahimov

Video cover: Habil İbadov

Manager: İlkin Şükürov

Other Songs